Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Elmi-tədqiqat işləri üzrə təcrübə və təcrübə-sınaq işlərinin aparılması" elan etdiyi tenderin qalibi bəlli olub.
32gun.az-ın məlumatına görə, tenderin qalibi "Tələt Firması" olub. Tərəflər arasında 186.086,12 AZN-lik müqavilə imzalanacaq.
Müqaviləyə əsasən AMEA-nın strukturundakı institut “ Xüsusi təmizlənmiş təbii neft turşuları qarışığının , onun duzlarının və komplekslərinin alınması texnologiyasının təcrübə-sənaye sınağınım keçirilməsi, təcrübə-sınaq partiyasının alınması” Elmi-tədqiqat işləri üzrə təcrübə və təcrübə-sınaq işləri satın alınması" ilə təmin edilməlidir.
Bildirək ki, nizamanamə kapitalı 10 AZN olan "Tələt Firması"nın qanuni təmsilçisi RAFİQ RÜSTƏMOV MEHMAN OĞLUdur.
Ayxan