SOSIAL ÖZ XƏBƏR

Milli Məclis daha bir tenderinin qalibini açıqlayıb - 1.4 milyon manat

Azərbaycan Respublikası Milli Məclisinin elan etdiyi daha bir tenderi başa çatıb. 

32gun.az-ın məlumatına görə, "Çoxfunksiyalı mətbəə tipli çap mərkəzi avadanlıqları, serverlərin təkmilləşdirilməsi üçün İT avadanlıqları, kompüter, katric, toner və digər periferiya qurğularının satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi "XEROPC" MMC olub. Tərəflər arasında  1.413.413,44 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamnamə kapitaklı 10 AZN olan qalib şirkətin qanuni təmsilçisi İlqar Muxtarlı Şahhüseyn oğludur . 

Ayxan

Oxşar Xəbərlər