Teoman konsert zamanı mətbuat üzvlərini ərazidən qovub.
32gun.az xəbər verir ki, müğənni İzmir Bələdiyyəsinin 30 Avqust Zəfər Bayramı münasibəti ilə təşkil etdiyi tədbir çərçivəsində Kocaelidə konsert verib.
Səhnəyə planlaşdırıldığından gec gəldiyi üçün vətəndaşların reaksiyasını çəkən Teoman daha sonra naməlum səbəbdən meneceri vasitəsilə mətbuat mənsublarının arenadan uzaqlaşdırılmasını tələb edib.
Arenadan çıxarılan mətbuat mənsubları konserti çöldən izləmək məcburiyyətində qalıb.
Müğənninin bu davranışı tənqidlərə səbəb olub.
Aysel Şirinova