Əlcəzair sahil mühafizəsi Mərakeşdə istirahət edən və reaktiv xizəklərlə Əlcəzair sularına daxil olan iki turisti güllələyərək öldürüb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Mərakeş hökumətinin sözçüsü hadisənin "yurisdiksiya məsələsi" olduğunu deyərək hücumla bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, Əlcəzair və Mərakeş arasındakı sərhəd 1994-cü ildə bağlanıb, Əlcəzair isə iki il əvvəl əlaqələri kəsib.
Aysel Şirinova