Misir 34 ölkə və 8 min əsgərin iştirakı ilə "Parlaq Ulduz 2023" adlı birgə hərbi təlimin başladığını elan edib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Ölkənin dövlət televiziyası ölkənin şimal-qərbindəki Əl-Əlemeyn bölgəsindəki Məhəmməd Nəcib Hərbi Bazasında başlayan hərbi təlimin sentyabrın 14-dək davam edəcəyini bildirib. Genişmiqyaslı təlim və iştirakçı ölkələrlə bağlı ətraflı məlumat paylaşmayıb.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi dünən verdiyi açıqlamada "Parlaq Ulduz 2023" təlimində iştirak etmək üçün hərbi birləşmələrinin Misirə gəlişinin tamamlandığını bildirib.
Xatırladaq ki, Misir 2018-ci ildə başda ABŞ və İngiltərə olmaqla 9 ölkənin, Pakistan və Hindistan da daxil olmaqla 16 ölkənin müşahidəçi qismində iştirak etdiyi “Parlaq Ulduz” təliminə ev sahibliyi edib.
Aysel Şirinova