SOSIAL ÖZ XƏBƏR

AMEA robot-tozsoran, əl qurudan alır - 199 min manatlıq müqavilə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun "Maşın və avadınlıqların satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb. 

32gun.az-ın məlumatına görə, tenderin qalibi "İNTEGRAL PLUS" MMC olub. Tərəflər arasında 198.978,68 AZN-lik müqaviləyə imza atılacaq. 

Müqaviləyə əsasən AMEA-nın  İnformasiya Texnologiyaları İnstitutu Dron - KVADROKOPTER, Robot-tozsoran,  "Wireless Microphone" (simsiz mikrafon), Mikrodalğalı sobası, Əl qurudan,  Su borularına qoşulan ani elektrik su quzdırıcısı və.s ilə təmin olunacaq. 

Bildirək ki, "İNTEGRAL PLUS" MMC-nin nizamanmə kapitalı 100 AZN, qanuni təmsilçi ROYAL BAYRAMOV ƏLÖVSƏT OĞLUdur.  

Xatırladaq ki,  AMEA prezidenti, akademik İsa Həbibbəylidir. 

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - YENİLƏNİB » Gundelik-Baku.Com Rasim Əliquliyev isə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktorudur.

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - YENİLƏNİB » Gundelik-Baku.Com

Ayxan

 

Oxşar Xəbərlər