SOSIAL ÖZ XƏBƏR

Səttar Möhbalıyevin bacısı oğlu, Şəmsəddin Hacıyevin kürəkəni olan icra başçısının tenderi ləğv edilib

Ağstafa Rayon İcra Hakimiyyətinin "Ağstafa rayonunda yolların əsaslı təmiri" ilə bağlı elan etdiyi tender  ləğv edilib. 

32gun.az-ın məlumatına görə, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır. 

Ləğv edilmə mətni: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinin tələblərinə əsasən tenderin davamından imtina edilmiş və tender ləğv edilmişdir.

Xatırladaq ki, Ağstafa RİH başçısı Seymur Orucovdur. 

Mediada gedən məlumatlara görə, icra başçısı  Seymur Orucov  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin bacısı oğlu,  Azərbaycan Dövlət  İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin kürəkənidir. 

Ayxab

Oxşar Xəbərlər