DÜNYA ÖZ XƏBƏR

Baş Nazir yıxıldı - Fotosunu özü paylaşdı

Almaniya kansleri Olaf Scholz üzündən yara aldığı fotosunu sosial media hesabında paylaşıb.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, kanslerin qaçış zamanı yıxıldığı məlum olub.

Scholz-un ​​"X" sosial media platformasındakı paylaşımında sağ gözündə göz qapanma yamağı və üzündə çapıqlar olduğu görünüb.

 Scholz, "Şərhləri görməyi səbirsizliklə gözləyirəm. Xoş arzularınız üçün təşəkkürlər, lakin olduğundan daha pis görünür",- deyə paylaşımında qeyd edib.

 Hökumət sözçüsü Steffen Hebestreit Berlində verdiyi açıqlamada Scholzun səhhətinin yaxşı olduğunu və normal iş qrafikinə davam edəcəyini bildirib.

Aysel Şirinova

Almanya Başbakanı Olaf Scholz, yüzünden yaralı olduğu fotoğrafı paylaştı

 

Oxşar Xəbərlər