DÜNYA ÖZ XƏBƏR

ABŞ və Filippin hərbi gəmiləri mübahisəli sularda patrul daşıyır

Filippinin və ABŞ-ın Sahil Mühafizəsi xidmətləri Cənubi Çin dənizinin mübahisəli sularında patrul daşınmasını həyata keçiriblər.

32gun.az xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

Açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Ralph Johnson" gəmisinin və Filippin Qərb Komandanlığına aid "BRP Xose Rizal" gəmisinin birgə patrulda iştirak etdiyi qeyd edilib.

İki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində Filippinin 41-ci Hərbi Dəniz Qüvvələri və ABŞ 7-ci Donanmasının birgə təcrübə məşqini həyata keçirəcəyi deyilib.

Qeyd edək ki, Çinin nəzarəti altında olan həmin ərazilərə Filippin və Tayvdan da iddialıdır.

Aysel Şirinova

Oxşar Xəbərlər