DÜNYA ÖZ XƏBƏR

Dəniz Piyadaları ƏMƏLİYYAT KEÇİRDİ: 4 nəfər öldürüldü

Meksikanın Matamoros şəhərində baş verən qarşıdurmada silahlı olduğu iddia edilən 4 nəfər dəniz qüvvələri tərəfindən öldürülüb.

32gun.az xəbər verir ki, hadisə ABŞ sərhədi yaxınlığında baş verib. 

 Bildirib ki, insident dəniz piyadalarının adam oğurluğu hadisəsini araşdırmaq üçün əməliyyatı zamanı baş verib.

Hərbi Dəniz Qüvvələrindən verilən məlumatda 4 donanma personalının qarşıdurmada iştirak etdiyi təsdiqlənsə də, hadisə ilə bağlı ətraflı məlumat qeyd edilməyib. 

ABŞ-ın Matamorosdakı Konsulluğu tərəfindən edilən açıqlamada isə işçilərdən "şəhərdə baş verən silahlı zorakılıq səbəbilə" yerli vaxtla 13.30-a qədər sığınacaqlarda qalmaları istənilib.

Aysel Şirinova

Oxşar Xəbərlər