Ustad aktyor Mustafa Uzunyılmaz yolda gedərkən infarkt keçirib.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata əsasən tələsik xəstəxanaya çatdırılan 63 yaşlı aktyorun ürəyinə stent qoyulub.
Aktyor "Vay Anam Vay", "Süper Babaanne", "Geniş Aile", "Bir Zamanlar Osmanlı" və "Evdeki Yabancı" kimi bir çox uğurlu layihələrdə rol alıb.
2009-cu ildə 16-cı Adana Qızıl Koza Film Festivalında "Kız kardeşim" filmindəki "Kazım" roluna görə "Ən Yaxşı Köməkçi Kişi Oyunçu" mükafatına layiq görülüb.
Aysel Şirinova