DÜNYA ÖZ XƏBƏR

Taliban tərəfindən hədələnən qadınlar Parisə APARILIB

Taliban tərəfindən təhdid edildiyi iddia edilən 5 əfqan qadını Parisə aparılıb.

32gun.az xəbər verir kim, bu barədə xarici KİV-lər məlumat yayıb.

Fransanın immiqrasiya rəsmisi Didye Leşi bildirib ki, əfqan qadınları prezidentin xüsusi fərmanı ilə Pakistandan Fransaya aparılıb:

"Biz Taliban tərəfindən təhdid edilən qadınlara xüsusi diqqət yetiririk, çünki onlar Əfqanıstan cəmiyyətində mühüm rol oynayırlar və ya qərblilərlə yaxşı münasibətdədirlər. Bu, bu gün gələn 5 qadın üçün də belədir", - Leşi deyib.

 Taliban yenidən hakimiyyəti ələ keçirdikdən sonra qadınların Qərb ölkələrinə hava yolu ilə getmələrinə qadağa qoyub. Bu səbəbdən 5 qadının quru yolu ilə qonşu Pakistana qaçdığı və oradakı evakuasiyanı Fransa rəsmilərinin təşkil etdiyi bildirilib.

Leşi qadınların Fransaya sığınacaq üçün müraciət edəcəklərini və hüquqi proses davam edərkən onlara yaşayış yeri ilə təmin ediləcəyini bildirib. Fransa rəsmisi əlavə edib ki, bu cür təxliyə əməliyyatları çox güman ki, digər əfqan qadınlar üçün də təkrarlanacaq.

Aysel Şirinova

 

Oxşar Xəbərlər