SOSIAL ÖZ XƏBƏR

İcra Başçısı Ayaz Əsgərov Yardımlıya çılçıraq quraşdırır -  222 min AZN-lik müqavilə

Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı Şəhər ərazi Nümayəndəliyinin Müxtəlif abadlıq-bərpa işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb. 

32gun.az xəbər verir ki, tenderin qalibi "KASPİAN STANDART" MMC olub . Tərəflər aradında 222.114,21 AZN-lik müqavilə imzalanacaq. 

Tenderə əsasən  3-cü qr torpağın əl ilə qazılması, Çalaların əl ilə doldurulması,  Beton bünövrənin düzəldilməsi, Polad işıq dirəklərin quraşdırılması 2 başlıqlı, Çilçıraqların qoyulması: lüminisent lampalı və s işlər görülməlidir. 

Bildirək ki, Nizamnamə kapitalı 10 AZn olan  "KASPİAN STANDART" MMC-nin qanuni təmsilçisi FUAD NƏSRULLAYEV NAZİM OĞLUdur. 

Xatırladaq ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur.

Ayxan

Oxşar Xəbərlər