Braziliyanın Rio-Qrande-du-Sul ştatında daşqınlar nəticəsində su altında qalan evi sel aparıb.
32gun.az xəbər verir ki, şiddətli fırtına sel və torpaq sürüşməsinə səbəb olub. Ştatın paytaxtı Porto Aleqri də daxil olmaqla 15-dən çox şəhərdə yaşayış məntəqələri və yollar su altında qalıb. Bir nəfər elektrik cərəyanı vurması nəticəsində, bir kişi və cütlük isə avtomobilin suya batması nəticəsində həyatını itirib.
Qeyd edək ki, iyun ayında əyalətdə baş verən şiddətli fırtınada 16 nəfər həyatını itirmişdi.
Aysel Şirinova