Fransa prezidenti Emmanuel Makron dövlət məktəblərində hicab qadağasının kiməsə yönəlik qayda olmadığını, vahid geyimin təbliği üçün qadağanın düzgün seçim olduğunu vurğulayıb.
32gun.az xəbər verir ki, prezident bununla da qanunun "anti-İslam" hesab edilən və əsas azadlıqları məhdudlaşdırdığı deyilən fikirləri təkzib edib.
Makron, 2020-ci ildə tələbələrinə Məhəmməd peyğəmbəri təhqir edən karikaturalar göstərdikdən sonra ölkədə öldürülən müəllimi xatırladıb.
Prezident hicab qadağası ilə bağlı açıqlamalarına görə sosial mediada tənqid olunub. Partiya sədri Jerome Legavre, "Emmanuel Makron üçün hicab geyinən qızlar müəllimlərinin başını kəsmək istəyən şübhəlilərdir? O (Makron) nə axtarır? Daha pis münaqişələr?" deyə reaksiya verib.
LFI millət vəkili Lui Boyard isə proqramda verdiyi açıqlamalarda prezidenti "hicab ilə tarix müəlliminin qətli arasında paralellik apardığı" səbəbi ilə tənqid edib.
Aysel Şirinova