DÜNYA ÖZ XƏBƏR

Kraliça Elizabetin xatirəsinə 23 milyon dollarlıq sikkə hazırlanıb - FOTO

Keçən il  vəfat edən İngiltərə kraliçası II Elizabetin xatirəsinə nəhəng sikkə hazırlanıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Kraliçanın ölümünün ildönümündən əvvəl dövriyyəyə buraxılan sikkənin 3,6 kiloqram 24 əyar qızıl və 6426 ədəd brilyantdan ibarət olduğu deyilib.

Dizayner şirkət qanuni olaraq pul sayılmayan “sənət əsəri” adlandırdıqları sikkəni 23 milyon dollar dəyərində qiymətləndirib.

Sikkənin istehsalına İngiltərə, Hindistan, Sinqapur, Almaniya və Şri-Lankadan olan dizaynerlərin də töhfə verdiyi bildirilib.

Qeyd edək ki, dünyanın ən uzun müddət hakimiyyətdə olan monarxlarından biri. Elizabet 8 sentyabr 2022-ci ildə 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib.

Aysel Şirinova

Kraliçe II. Elizabeth anısına 23 milyon dolarlık dev madeni para tasarlandı

Kraliçe II. Elizabeth anısına 23 milyon dolarlık dev madeni para tasarlandı

 

Oxşar Xəbərlər