Meksikanın Xalisko ştatının Tuxpan şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
Helikopterdə olan pilot və 3 sərnişin həyatını itirib.
32gun.az bildirir ki, hadisə ilə bağlı Xalisko Dövlət Mülki Müdafiə Agentliyindən açıqlama verilib. Açıqlamada, vertolyotun qəzaya uğradıqdan sonra alovlandığı və tamamilə yandığı bildirilib. Yanğınsöndürənlər yanğını nəzarət altına aldıqdan sonra 4 nəfərin cəsədinin tapıldığı açıqlanıb.
Qəzanın fotolarından helikopterin böyük hissəsinin yanaraq kül olduğu görülüb.
Özəl şirkətə məxsus helikopterin qəzaya uğramasının səbəbi məlum olmasa da, qəzada həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir.
Ayxan