Dünən axşam saatlarında şiddətli yağışın ardından İstanbulun bir çox yerində daşqınlar baş verib.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, daşqınların tüğyan etdiyi ərazilərdən biri də Küçükçekmece məhəlləsi olub.
Bildirilib ki, binanın zirzəmisində yaşayan suriyalı ailə evlərinin su ilə dolduğunu gördükdə çölə çıxmağa çalışıblar.
Yaşlı analarını evdən çıxarmaq istəyən övladları qonşularından kömək istəyib.
Məhəllə sakinlərinin yaşlı və xəstə qadını xilas etməsi isə sosial medianın gündəmini zəbt edib.
Aysel Şirinova


