Rusiya bazasından alınan peyk görüntülərində 2 "TU-95" tipli strateji təyyarənin üzərinə avtomobil təkərlərinin yerləşdirildiyi görünüb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Təkərlərin qırıcı təyyarələrə niyə yerləşdirildiyi dəqiq məlum olmasa da, ekspertlər bu addımın Ukraynanın pilotsuz təyyarələrin hücumlarına qarşı ehtiyat tədbiri ola biləcəyini düşünürlər.
Digər tərəfdən, təkərlərin gecə vaxtı təyyarənin görmə qabiliyyətini azaltmaq üçün yerləşdirilə biləcəyi də bildirilib:
"Biz bunun pilotsuz təyyarələrdən qorunmaq üçün edildiyinə inanırıq. Bunun hər hansı bir təsiri olub-olmayacağını deyə bilmərik" - NATO-nun hərbi rəsmisi əlavə edib.
Aysel Şirinova
