6 aylıq körpənin göz rəngi qəbul etdiyi dərmanlardan sonra gün ərzində dəyişməyə başlayıb.
32gun.az xəbər verir ki, hadisə Taylandda baş verib. Məlumata əsasən yüksək hərarət və öskürək əlamətləri olan körpəyə Taylandın Səhiyyə Nazirliyi tərəfindən favipiravir adlı dərman verilib. Koronavirusun müalicəsi kimi təqdim edilən dərmanı qəbul edən uşağın valideynləri və həkimləri ertəsi gün təəccübləniblər.
Oğlanın qəhvəyi gözü açıq mavi rəngə çevrilib. Vəziyyəti görən anası dərhal xəstəxanaya gedərək müalicənin dayandırılmasını tələb edib.
Dərman müalicəsi dayandırıldıqdan sonra 5 gün ərzində uşağın gözünün rəngi normallaşıb.
Həkimlər uşağın Covid-19-dan sağ qaldığını və heç bir görmə qüsuru olmadığını açıqlayıblar.
Aysel Şirinova