DÜNYA ÖZ XƏBƏR

Cənubi Koreya çağırış ETDİ

"Şimali Koreya ilə hərbi əməkdaşlıq cəhdləri ən qısa zamanda dayandırılmalıdır, əks halda bu, beynəlxalq ictimaiyyətdə sülhü pozacaq" 

32gun.az xəbər verir ki, bu fikirləri Cənubi Koreya prezidenti Yoon Suk Yeol İndoneziyanın paytaxtı Cakartada keçirilən 43-cü Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) Zirvə Toplantısında çıxışı zamanı deyib.

Sammitdən əvvəl verdiyi müsahibədə Yoon Şimali Koreyanın nüvə və raket proqramlarının ASEAN-a üzv ölkələr üçün “birbaşa və ekzistensial təhlükə” yaratdığını bildirib.

Prezident həmçinin üzvləriŞimali Koreyanın nüvə və raket proqramlarının maliyyələşdirilməsinin qarşısını almağa çağırıb.

Aysel Şirinova

 

Oxşar Xəbərlər