DÜNYA ÖZ XƏBƏR

Tibb bacılarından etiraz - Saçlarını KƏSDİLƏR

Türkiyənin Silivri Dövlət Xəstəxanasında ötən gün xəstələrin yaxınları tibb bacısına hücum edib. Hücum edənlər tibb bacısının saçını yolublar.

32gun.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə hadisədən sonra digər tibb bacıları sosial mediada aksiya başladıb.

Onlar saçlarını kəsərək "sacımın tek teline dokunma" başlığı ilə fotolarını paylaşıblar.

Səhiyyə İşçilərinin Hüquqları və Mübarizə Dərnəyi də tibb bacılarnın etirazını dəstəkləyib.

Dərnək işçilərin saçını kəsdiyi fotonu paylaşaraq Səhiyyə naziri Fahrettin Kocaya bu çağırışı edib:

"Silivri dövlət xəstəxanasında işləyən bir əməkdaşımız xəstə yaxınları tərəfindən zorakılığa məruz qalıb. Bu insanlıqdan kənar olanlar o qədər qəddarlaşıblar  ki, dostumuzun saçını yolurdular. Hörmətli nazir, bizi eşidirsən, görürsən? Fahrettin Koca, bu tibb bacısı sizin kadrınızdır! Ailə və ya Sənaye Nazirliyindən deyil!"

Aysel Şirinova

"Silivri devlet hastanesinde çalışan bir arkadaşımız hasta yakınları tarafından şiddete uğramıştır. İnsanlık dışı bu varlıklar arkadaşımızın saçlarını yolacak kadar canileşmiştir. Sayın bakan bizleri duyuyor ve görüyor musunuz? Fahrettin Koca bu hemşire sizin personeliniz! Aile bakanlığının yada sanayi bakanlığının değil!”

Sağlık Çalışanları Hak Ve Mücadele Derneği, hemşirenin yolunan saçlarının fotoğrafını paylaşarak Sağlık Bakanı Fahrettin Koca’ya şu çağrıda bulundu:

Oxşar Xəbərlər