DÜNYA ÖZ XƏBƏR

Avropanın ən böyük şəhər şurası iflas etdi

Avropanın ən böyük yerli hökuməti olan Birmingem Bələdiyyəsi, təxminən 760 milyon funt sterlinq borcunu ödəyə bilmədiyi üçün müflis olduğunu elan edib.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə bələdiyyə 1 milyon 120 minlik şəhər əhalisinə xidmət göstərir.

Yerli idarəetmə haqqında qanunun 114-cü maddəsinə əsasən bələdiyyə, qanuni olaraq göstərməli olduğu xidmətlər istisna olmaqla, bütün fəaliyyətini dayandırıb.

Qeyd edək ki, 101 üzvü ilə  Birmingemdə şəhər şurası 65 İşçi Partiyası, 22 Mühafizəkar, 12 Liberal Demokrat və iki Yaşıl üzvdən ibarətdir.

Aysel Şirinova

Oxşar Xəbərlər