DÜNYA ÖZ XƏBƏR

Çin soyuq müharibə xəbərdarlığı ETDİ

"Münaqişələri nəzarətdə saxlamaq üçün hazırda vacib olan tərəf tutmaqdan çəkinmək, blok münaqişəsinə qarşı çıxmaq və yeni Soyuq Müharibənin qarşısını almaqdır"

32gun.az xəbər verir ki, bu fikirləri Çin prezidenti Li Qianq İndoneziyanın paytaxtı Cakartada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 43-cü Sammitində çıxışı zamanı səsləndirib.

Li həmçinin əlavə edib ki, Asiya ölkələri bu fərqləri və fikir ayrılıqlarını lazımi şəkildə həll etməlidir.

Prezident bu mövzuda sammitdə ABŞ-ın vitse-prezidenti Kamala Harris və müxtəlif ölkələrin, o cümlədən Yaponiya, Cənubi Koreya, Avstraliya və Hindistan liderləri ilə daha geniş danışıqlar aparacağını da vurğulayıb.

Aysel Şirinova

Oxşar Xəbərlər