SOSIAL ÖZ XƏBƏR

DSX 3 ay əvvəl yaranan şirkəti 100 min AZN-lik tenderdə qalib seçdi

Dövlət Sərhəd Xidmətinin "Emalatxana avadanlıqları" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi "NM STOCK" MMC olub. Tərəflər arasında 99.767,82 AZN-lik müqavilə imzalanacaq.

Bildirək ki, nizamanmə kapitalı 100 AZN olan "NM Stock" MMC-nin qanuni təmsilçisi NİGAR MƏHƏRRƏMOVA TAHİR QIZIdır. Şirkət 22.06.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevdir.

Ayxan

Oxşar Xəbərlər