DÜNYA ÖZ XƏBƏR

İran neftini daşıyan Yunan şirkəti külli miqdarda cərimə ödəyəcək

ABŞ sanksiyaları nəticəsilə ələ keçirilən İran neftini daşıyan Yunan şirkəti  təxminən 2,4 milyon dollar cərimə ödəməyə razılaşıb.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə şirkət 1 milyon barrel İran neftini daşıyan Marşal adaları bayraqlı “Suez Rajan” tankerində İran neftini daşıdığını qəbul edib.

Sözügedən qərarla hakimlər ilk dəfə olaraq ABŞ-ın Süveyş Racanda daşınan təxminən 1 milyon barel nefti müsadirə etdiyini açıq şəkildə etiraf ediblər.

 İranın “qisas təhlükəsi” səbəbindən iş materialları 5 aya yaxındır ki, gizli saxlanıldığı bildirilib.

Aysel Şirinova

Oxşar Xəbərlər