DÜNYA ÖZ XƏBƏR

Pərəstişkarı səhnədəki müğənnini hovuza itələyib - VİDEO

Türkiyənin məşhur müğənnisi Murat Kurşun hovuzlu məkanda səhnə çıxışı zamanı başına iş gəlib.

32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə müğənninin yanına gələn içkili şəxs müvazinətini saxlaya bilməyərək sənətçi ilə birgə hovuza düşüb.

Kurşunu hovuza salan şəxs onun yanına gedərək üzr istəyib. Pərəstişkarının üzrxahlığını qəbul edən müğənni ətrafdakıların köməkliyi ilə sudan çıxarılıb.

Hadisədən sonra sənətçi sosial media hesabında paylaşım edib.

“İçkinin dozasını qaçıran qardaşımız məni hovuza itələdi, belim, dizim yaralandı,- deyə Kurşun paylaşımında qeyd edib.

Aysel Şirinova

Türkücü Murat Kurşun, sahneye koşan hayranıyla birlikte havuza düştü

Oxşar Xəbərlər