Türkiyənin Çanaqqala bölgəsinin Ayvacık mahalında meşə yanğını başlayıb.
32gun.az xəbər verir ki, naməlum səbəbdən başlayan yanğınların söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.
Yanğının söndürülməsi üçün 3 helikopter, 4 təyyarə, 2 ilk müdaxilə maşını, 9 su çəni, 3 su təchizatı maşını, 2 dozer, 2 qoşqu, 1 yanğınsöndürən maşın və ümumilikdə 74 canlı qüvvə göndərilib.
Küləyin təsiri ilə yanğının miqyasının böyüdüyü bildirilib.
Aysel Şirinova
