DÜNYA ÖZ XƏBƏR

Harvard universitetindən şikayət etdilər

ABŞ-da Fərdi Hüquqlar və İfadə Fondu, "Amerikada universitet kampuslarında ifadə azadlığının vəziyyəti necədir?" sərlövhəli hesabat dərc edib.

32gun.az xəbər verir ki, universitetlərdə ifadə azadlığının 100 bal üzərindən qiymətləndirildiyi hesabatda  Harvard Universiteti sıfır xalla sonuncu yerdə qərarlaşıb.

Universitet ən pis reytinqli ikinci universitetdən 11 bal geri qalıb.

Qiymətləndirmədə tələbələrin təhsil aldıqları universitetlərdə ifadə azadlığı ilə bağlı fikirləri də nəzərə alınıb.

Məlum olub ki, şagirdlərin 100-də 26-sı dərslərində mübahisəli mövzuları müzakirə etməkdən qorxur.

Aysel Şirinova
 

 

Oxşar Xəbərlər