Yoqa ilə məşğul olanların öldüyünü düşünən bir şəxs polisə zəng edib.
32gun.az xəbər verir ki, hadisə İngiltərədə baş verib.
Məlumata əsasən kafeyə gedən şəxs yerdə hərəkətsiz uzanan insanları gördükdə təşviş içərisində polisə zəng edərək kütləvi qətl hadisəsi barədə məlumat verib.
Dərhal hadisə yerinə gələn polis əməkdaşları xəbərin əsassız olduğunu anlayıblar.
Hadisədən sonra basqın edilən kafenin sahibi Facebook hesabında paylaşım edib.
"Belə bir məlumatdan sonra sürətli tədbir görən Lincolnshire Polisinə təşəkkür edirik. Yolda onların ağlından nə keçdiyini bir an belə təsəvvür edə bilmirik",- paylaşımda deyilib.
Aysel Şirinova