DÜNYA ÖZ XƏBƏR

791 meşə yanğını nəzarətə alınmayıb

Kanadada qeydə alınan 1052 meşə yanğınlarından 791-i hələ də nəzarət altına alınmayıb.

32gun.az xəbər verir ki, bu barədə Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən 232 min insan təxliyə edilib. 

Nazirlik qeyd edib ki, bu il ölkə üzrə 6 min 174 yanğın hadisəsi baş verib.

Bildirilib ki, cari mövsümdə ölkədə təxminən 165 min kvadrat kilometr ərazi yanıb və yanğınlar genişlənməkdə davam edir.

Aysel Şirinova

Oxşar Xəbərlər