DÜNYA ÖZ XƏBƏR

Fransa polisi 16 yaşlı gəncin ölümünə SƏBƏB OLDU

Fransanın Elankurt şəhərində polis maşını ilə motosikletin toqquşması nəticəsində ağır yaralanan Sefa Şahin adlı türk gəncin beyin ölümü baş verib.

32gun.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə polis maşını xəbərdarlıq etmədən motosiklet sürən gəncin yolunu kəsərək Sefanın ön kapotuna çırpılıb.

Daha sonra ayağa qalxan 16 yaşlı gəncə 2-ci polis maşını çırpılıb. Bildirilib ki, Sefa yarım saatdan çox müddətdə yerdən qaldırılmayıb. Mərhumun əmisi isə qardaşı oğlunun 5 və 10 dəqiqəlik xəstəxanalar əvəzinə hadisə yerindən 1,5 saat uzaqlıqdakı xəstəxanaya aparıldığını deyib.

Hadisədən sonra nəzarətə alınan 2 polis sərbəst buraxılıb.

Ailənin vəkili Yassine  Bouzrou polisin Sefanı avtomobilləri ilə izlədiyini və hadisə ilə bağlı "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi açacaqlarını bildirib.

Aysel Şirinova

 

 

Oxşar Xəbərlər