SOSIAL ÖZ XƏBƏR

Zaur Hüseynov 5 manatlıq şirkəti 53 min AZN-lik tenderdə qalib seçib

"Bakı Metropoliteni" QSC-nin "Bakı Metropoliteni" III Yeni (Bənövşəyi) xəttinə aid “B04” metro stansiyasının tikinti sahəsinə düşən Bakı RQİD-nə məxsus d159 mm–lik, yeraltı orta təzyiqli qaz kəmərlərinin və üzərində olan qaz qurğularının yerinin dəyişilməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi "Qaz  Oil Building " MMC olub. Tərəflər arasında 53.305,99 AZN-lik müqavilə imzalanacaq.

Bildirək ki, nizamnamə kapitalı 5 AZN olan "Qaz Oil Building" MMC-nin qanuni təmsilçisi Akif Əliyev Asif oğludur.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovdur. 

Ayxan

Oxşar Xəbərlər