İzmirdə dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, sərinləmək üçün fərdi yaşayış evinin bağçasındakı hovuza girən 7 yaşlı Kerem Çelik bir müddət sonra suda hərəkətsiz qalıb.
Üzməyi bilməyən və hovuzdan çıxarılan Çelikin öldüyü hadisə yerinə gələn həkimlər tərəfindən müəyyən edilib.
Kiçik uşağın cənazəsi Ədliyyə Tibb Qurumuna aparılıb, daha sonra Çakırbəyli Ailə Qəbiristanlığında dəfn edilib.
Polislər hadisə ilə bağlı araşdırma başladıb.
Ayxan