DÜNYA ÖZ XƏBƏR

Dəhşətli HADİSƏ: 4 yaşlı körpə infarkt keçirib, öldü

Ürək müalicəsi üçün İğdırdan Ərzurum Atatürk Universiteti Pediatriya Xidmətinə yönləndirilən  4 yaşlı Həmzə Yıldız xəstəxananın otelində dincələn zaman halı pisləşib və yıxılıb.

32gun.az Türkiyə KİV-nı istinadən bildirir ki, infarkt keçirən uşağı xəstəxananın reanimasiya şöbəsində edilən bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Yıldızın cənazəsi Ərzurum Atatürk Universiteti Xəstəxanası Ədli Tibb Təşkilatının meyitxanasında edilən yarılmadan sonra ailəsinə təhvil verilib.
Yıldız İğdırdakı Əsri qəbiristanlığında göz yaşları içində dəfn edilib.

Ayxan

Oxşar Xəbərlər