Məşhur müğənni Reynmen "Qalatasaray" formasını eyni təyyarədə birlikdə getdiyi Fatih Terimə imzaladıb.
32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə imza zamanı ikili arasında maraqlı dialoq olub.
Belə ki, ətrafdakıların, "Müəllim imza pulu alsaydı.." deməsindən sonra Terimin Reynmenə üz tutaraq "Dara düşsən, imzamı sat",- deməsi hər kəsin gülüşünə səbəb olub.
Həmin anlar sosial medianın gündəmini zəbt edib.
Aysel Şirinova