Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğanın növbəti görüşü ilə bağlı açıqlama verib.
32gun.az xəbər verir ki, Şərq İqtisadi Forumu çərçivəsində RBK televiziyasına danışan Peskov liderlərin növbəti görüşünün dəqiq tarixinin olmadığını bildirib. O qeyd edib ki, lazım gəldiyi zaman hər iki lider tez zamanda görüşə bilirlər.

"Liderlər mütləq ünsiyyəti davam etdirəcəklər. Bilirsiniz ki, onlar tez-tez telefonla danışırlar və səfərləri ilə bağlı razılıq kifayət qədər tez əldə edilir.Buna görə də, hazırda konkret tarix yoxdur, lakin lazım gələrsə, yenidən görüşmək üçün daha bir il gözləməmək barədə razılığa gəliblər. Onlar lazım olduqda olduqca tez zamanda bir araya gələ bilərlər".
Ayxan