DÜNYA ÖZ XƏBƏR

İsrailin müdafiə nazirindən ŞOK İDDİA: İranla bağlı

İsrailin müdafiə naziri Yoav Qalant İranın Livanda İsrail sərhədi yaxınlığında hərbi hava bazası qurmağa hazırlaşdığını iddia edib.

32gun.az xəbər verir ki, nazir Herzliya şəhərində keçirilən təhlükəsizlik konfransında çıxış edib.

Qalant İranın Livanın cənubundakı dağlıq Cəbəl Kalat Cabir bölgəsində hərbi hava bazası inşa etdiyini deyib.

İsrail sərhədindən 20 kilometr aralıda olan ərazidə təyyarələrin qalxıb eniş-enmə zolaqlarını göstərən peyk şəklini paylaşan Qalant təqdimatına Livan Hizbullahının və İran bayraqlarının dalğalandığı bölgənin fotoşəkilini də əlavə edib.

Sözügedən bazanın İsrailə hücum etmək üçün istifadə ediləcəyini iddia edən Qalant münaqişə vəziyyətində Hizbullah və Livanı "ağır cəza ödəyəcəkləri" ilə hədələyib.

Qeyd edək ki, İsrail və Livan arasındakı gərginlik aprel ayında Livan ərazisindən İsrailə doğru 30 raket atıldıqdan sonra yenidən artıb.

Aysel Şirinova

 

Oxşar Xəbərlər