Şərqi Afrika ölkəsi Efiopiya bu gün 2016-cı ili qarşılamağa hazırlaşır.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən 120 milyon əhalisi olan ölkədə yeni il 11-12 sentyabrda qeyd olunur. Bildirilib ki, Efiopiyanın digər ölkələrdən 7 il geridə olmasına səbəb Miladi təqvimdən istifadə etmələridir.
Təqvimdən Efiopiya Federal Demokratik Respublikası tərəfindən bütün rəsmi işlərdə istifadə olunur.
Fərqli vaxt sistemindən olan Efiopiyada gün 00:00-da deyil, saat 06:00-da başlayır. Gün 12 saatlıq iki fərqli hissədən ibarət olsa da, birinci saat qurşağı 06:00, ikincisi 18:00-dadır. Efiopiya təqvimində 12 ay 30 gündən ibarət olduğu halda, təqvimdə 12-ci aydan sonra 5-6 gündən ibarət 13-cü ay var.
Qeyd edək ki, yeni il münasibətilə ölkənin baş naziri Abiy Əhməd xalqa təbrik ünvanlayıb, ölkədə rəsmi tətil elan edilib.
Aysel Şirinova