Türkiyə Yunanıstanın ölümə tərk etdiyi qaçqınları xilas edib.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata əsasən Türkiyənin Muğla şəhərinin Datça rayonu sahillərində Yunanıstanın sahil-mühafizə xidməti tərəfindən rezin qayıqda Türkiyə sahillərinə qovulan 19 qeyri-qanuni mühacir sudan çıxarılaraq xilas edilib.
Xilas edilən mühacirlər Ula Repatriasiya Mərkəzinə təhvil verilib.
Aysel Şirnova