Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq 32 ildən sonra Bağdaddakı səfirliyini yenidən açacağını açıqlayıb.
32gun.az xəbər verir ki, nazir İraqın paytaxtı Bağdada rəsmi səfəri zamanı bu açıqlamanı dilə gətirib.
Görüşdən sonra Şallenberq həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında iştirak edib.
O, həmçinin İraqın daxili təhlükəsizliyi ilə bağlı müqavilə imzalayacaqlarını da bildirib.
Aysel Şirinova