DÜNYA ÖZ XƏBƏR

Elektrikli avtomobilin akkumulyatoru yandı - 5 maşın külə döndü

Hava limanının dayanacağında elektriklə işləyən avtomobilin akkumulyatorunun alışması nəticəsində baş verən yanğında 5 avtomobil külə dönüb.

32gun.az xəbər verir ki, hadisə Avstraliyanın Sidney ərazisində baş verib.

Hadisə yerinə cəlb olunan xilasetmə qrupları yanğının dayanacaqda lüks avtomobildən çıxarılaraq yerdə olan litium-ion batareyanın alışması nəticəsində baş verdiyini müəyyən ediblər.

Akkumulyatordan çıxan qığılcımların daha sonra yaxınlıqda park edilmiş 4 avtomobilə keçdiyini bildirən qruplar, yanğında 5 avtomobilin külə döndüyünü açıqlayıb.

Aysel Şirinova

 

Oxşar Xəbərlər