Yunanistanın Lutsa bölgəsində avtomobilə edilən silahlı hücum nəticəsində 6 türk vətəndaşı ölüb.
32gun.az xəbər verir ki, “Proto Thema” qəzeti öldürülənlərdən birinin daha əvvəl Yunanıstana qeyri-qanuni yollarla girdiyi üçün nəzarətə alındığını, digər 5 nəfərin şəxsiyyətini müəyyənləşdirməyə çalışdıqlarını açıqlayıb.
Polis əməkdaşları hadisə yerində 25 ədəd 9 millimetrlik güllə aşkar ediblər.
Cinayətin mafia qrupları tərəfindən törədilə biləcəyi ehtimal olunub.
Araşdırmalar aparılır.
Aysel Şirinova