SOSIAL ÖZ XƏBƏR

Lökbatan Tibb Mərkəzinin tenderi "puç"a çıxdı

"Lökbatan Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin "Maşın və avadanlıqların alınması"  ilə bağlı elan etdiyi tender ləğv edilib.

32gun.az-ın məlumatına görə, bunun səbəbi Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır. 

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

Xatırladaq ki, Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynovdur.

Ayxan 

Oxşar Xəbərlər