Tunis məhkəməsi keçmiş baş nazir Yusuf Şahid də daxil olmaqla 12 nəfərin həbsinə beynəlxalq order verib.
32gun.az xəbər verir ki, bu barədə Tunis rəsmi agentliyi məlumat yayıb.
Məlumata əsasən Terrorla Mübarizə Məhkəmə Mərkəzinin sözçüsü Hanan Kadas həbs qərarının səbəbini “terrorçu qrup yaratmaq, dövlət təhlükəsizliyinə qarşı sui-qəsd” adlandırıb.
Qeyd edək ki, həbs qərarı verilənlər arasında olan Nadiye Ukaşe 2020-2022-ci illər arasında Prezident Kays Səidin Prezident Şurasının direktoru vəzifəsində çalışıb.
Aysel Şirinova