Vyetnamda 9 mərtəbəli binada güclü yanğın olub.
32gun.az xəbər verir ki, hadisə paytaxt Hanoyda qeydə alınıb. Məlumata əsasən dar küçədə yerləşən yaşayış binasında baş verən yanğında uşaqlar da daxil olmaqla onlarla insan həlak olub.
150 nəfərin yaşadığı mənzildə 70 nəfər xilas edilib.
Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisə yerinə cəlb olunan xilasetmə qrupları yanğını söndürməyə müvəffəq olublar.
Aysel Şirinova

