SOSIAL ÖZ XƏBƏR

6 ay öncə yaranan şirkət Bakı Slavyan Universitetinin 56 min manatllıq tenderini uddu - Gündəliklər, tələbə bileti və blank üçün

Bakı Slavyan Universitetinin Mətbəə məhsullarının satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az-ın məlumatına görə, tenderin qalibi "Turan Advertising" şirkəti olub. Tərəflər arasında 55.798 AZN-lik müqavilə imzalanacaq. 

Müqaviləyə əsasən Universitet Buraxılış vərəqəsi, Fərdi plan blankı, Tələbə bileti, Tələbənin tədris vərəqəsi, Akademik tədris yükü, Magistr bileti, Elmi Pedoqoji təcrübə gündəliyi və.s ilə təmin olunmalıdır. 

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Elçin Ramazanov Qəzənfər oğludur. MMC 10.02.2023-ci ildə dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin ( BSU) rektoru vəzifəsini  Anar Nağıyev  müvəqqəti icra edir. 

Ayxan 

Oxşar Xəbərlər