Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin “Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması” bağlı elan etdiyi tenderi ləğv edilib.
32gun.az xəbər verir ki, buns səbəb Müvafiq icra hakimiyyəti orqanının qərarııdır. Həmin qərar DSQ-nin 4.1.2, 38.2, 57.3.7-ci maddələri ilə təmin edilir.
Ləğv edilmə mətnində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 08 sentyabr 2023-cü il 3-21-1/2-18057/2023 saylı məktuba əsasən" deyə qeyd edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin müdiri İbrahim Mirzəyevdir.
Ayxan