Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin Xırdalan Şəhər üzrə Nümayəndəliyinin "Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması" ilə bağlı elan etdiyi tender ləğv edilib.
32gun.az xəbər verir ki, buna səbəb Müvafiq icra hakimiyyəti orqanının verdiyi qərarıdır. Bu da DSQ 4.1.2, 38.2, 57.3.7.-ci maddəəri ilə ənzimlənib.
Ləğv edilmə mətnində Müvafiq icra hakimiyyəti orqanın 13.09.2023-cü il tarixli 3-21-1/2-18469/2023 saylı məktubuna əsasən deyə qeyd edilib.
Yerli mediada gedən məlumata görə, Abşeronun icra başçısı Abdin Fərzəliyev rayona rəhbərlik etdiyi bir il ərzində təmir və abadlıq işlərinə 3 515 857, 55 AZN vəsait xərclənib. Həmin müqavilələrdən biri də Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması ilə bağlı olmuşdu. Bunun üçün qurum "Uğurlu İnşaat” MMC-yə 383.269,85 AZN ödəyib.
Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin Xırdalan şəhəri üzrə nümayəndəliyinin sədri Malik Məmmədovdur.
Ayxan