HADİSƏ

Azərbaycanda yaşlı qadının yanaraq öldüyü dəhşətli yanğınla bağlı YENİ XƏBƏR (FOTO/VİDEO +YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunun Quşencə kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, ölən qadının həyat yoldaşı, ev sahibi 82 yaşlı Muradəliyev Sovetxan 70%-li yanıq xəsarətləri ilə təcili olaraq, Bakıya aparılıb.

M.Sovetxan uzun illər Quşencə kəndində həkim işləyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Nurlan Şiraliyev

*** 09:17

İsmayıllı rayonunun Quşencə kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

32gun.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Loading...

Oxşar Xəbərlər